27 May 18:02
1 290
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müğənni Afət Fərmanqızı bu gün polis əməkdaşları tərəfindən Heydər Əliyev adına Beynəlxalq Hava Limanında saxlanılması barədə yayılan xəbərlərə münasibət bildirib.

İfaçı Teleqraf.com-a açıqlamasında polis əməkdaşları tərəfindən saxlanılmadığını deyib.

Müğənni analıq məzuniyyətində olduğu üçün məhkəmədə iştirak edə bilmədiyini deyib.

Qeyd edək ki, Afət Fərmanqızı Xalq artisti Flora Kərimova ilə məhkəmə çəkişməsindədir. Ölkədə olmadığına görə onun barəsindəki cinayət işi üzrə proses yarımçıq saxlanılmış və barəsində həbssiz axtarış elan olunmuşdu.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər