27 May 23:56
656
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Qızımı qohuma vermişəm, oğluma da qohumdan qız almaq istəyirdim. Amma hələ ki, qalıb, qismət".

Teleqraf.com xəbər verir ki, bu sözləri Əməkdar artist Könül Kərimova deyib.

Sənətçi oğlunu evləndirərkən razılaşma əsasında qız seçəcəyini bildirib:

"Mənim uşaqlarımın xasiyyətləri elədir ki, mən onlara məcbur heç kimi ala bilmərəm. Heç olmasa, razılaşma olmalıdır. Mənim də narazılığım olsa, oğlum dirənib, kimisə alacağını deməz. Bizdə belədir".

Qeyd edək ki, Könül Kərimova bir müddət öncə oğlunu evləndirmək istədiyini deyib. O, bütün mülklərinin övladı ilə ailə quracaq xanıma qalacağını bildirib./Bakıvaxtı.az/


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər