28 May 13:54
793
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xalq artisti Aygün Kazımova "Turan gəlir" mahnısını 28 May - Müstəqillik Günündə təqdim edib.

Teleqraf.com xəbər verir ki, pop kraliçanın ifası rəsmi yutub kanalında yerləşdirilib. Bəstənin müəllifi Roman Azaflıdır.

Müğənni mahnını Laçında "Xarıbülbül" Beynəlxalq Musiqi Festivalının bağlanış mərasimində müəlliflə duet şəklində oxuyub.

Festivaldan sonra çox sevilən ifa solo şəkildə təqdim edilib. Kazımova mahnı ilə bağlı instaqram hesabında da paylaşım edib. Videoda ifaçının Laçından görüntüləri yer alıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər