29 May 16:24
1 100
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Məcburam ki, kinonu götürüb qaçım. Bilirəm ki, kino sahəsində inkişaf olacaq, amma mən o günü görmək istəyirəm".

Teleqraf.com xəbər verir ki, bu sözləri xalq artisti Rasim Balayev "Xəzər" televiziyasında yayımlanan “Zarafat bir yana” verilişində deyib: "Mən kino sahəsinin öz inkişafına dönməsini və o filmlərdə özümü görmək istəyirəm. Amma yaş məsələsi var. Bu gün varsan, sabah yoxsan".

Xalq artisti Azər Baxşəliyevin "Hər yaşın özünə uyğun rolu var" sualına "Xeyr, yaşasın gənclik, cavanlıq. Məndən gənclərə əmanət odur ki, gəncliyinizin qədrini bilin. İnsan sağlamlığını itirəndən sonra sağlamlığının qədrini bilir. Azadlığını itirəndən sonra azadlığın qiymətini bilir. Gəncliyini itirəndən sonra gəncliyin qiymətini bilir. Sonra Molla Nəsrəddin kimi baxır o yana-bu yana və deyir ki, “Gəncliyim də bir zibil olmayıb”,-deyə cavab verib.


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər