Dünya şöhrətli alim, kimya üzrə Nobel mükafatı laureatı Əziz Səncər Yunus Əmrə İnstitutunun Bakı nümayəndələyində "Əziz Səncər gənclərlə başbaşa” proqramı çərçivəsində gənclərlə görüşüb.
Yunus Əmrə İnstitutunun Bakı nümayəndəliyinin rəhbəri Səlçuk Karakılıç Teleqraf.com-a açıqlamasında proqramın əhəmiyyətindən danışıb:
"Əziz Səncər - Yunus Əmrə və Mehmet Akif kimi örnəklərimizdən biridir. “Əziz Səncər gənclərlə başbaşa” proqramı çərçivəsində elm, tarix və mədəniyyət haqqında gənclərimizi məlumatlandırmaq və böyük alimlə görüşünü təşkil etdik. Türkiyə və Azərbaycanın və daha böyük ailəmiz olan Türk Dünyasında elmin, mədəniyyətin, türk şüurunun kompozisiyalarını birbaşa dinləyərək reallığı görmək istədik.
Problemlərimizi görmədən özümüzü kəşf edə bilmərik. Problemləri həll etmək üçün də ilk növbədə özümüzə düzgün suallar verməliyik. Elm "niyə" və "necə" deyə soruşur, mədəniyyət isə hisslə bağlıdır və bizə xasdır.
Türkiyə ilə Azərbaycan arasındakı qardaşlıq və qohumluq bağı ilə yanaşı, strateji elmi və mədəni əlaqələr bizi bu coğrafiyada daha güclü və hakim edəcək. Universitet tələbələrinə Əziz Səncərin "Elm və inkişaf üzrə aforizmlər" kitabını da təqdim etdik. Kitab böyük alimin intellektual düşüncələri ilə yanaşı həyat macərasından və təcrübəsindən bəhs edir. Bu kitab gənclərə gələcəkləri üçün işıq olacaq".