3 İyun 18:06
596
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əməkdar artist Mətanət İsgəndərlinin keçmiş gəlini Canana Həmidova "Elgizlə izlə" verilişində açıqlaması ilə diqqət çəkib.

Teleqraf.com xəbər verir ki, Canana Həmidova övladları ilə yaşadığını və keçmiş qayınanasının ona ev aldığını deyib: "Mətanət xanım mənim anamdır. Artıq Mətanət xanımın evində yaşayıram, uşaqlarımın yanındayam. Bizə ev də alıb, sağ olsun! Kaş ki, onunla aramızda söz-söhbətlər olmazdı. Hər dəfə deyirəm ki, lənət şeytana! Mətanət xanım böyük insandır. Əslində, mənim də günahım yox idi".

Qeyd edək ki, Canana Həmidova Mətanət İsgəndərlinin oğlu Kərimlə evli olub. Onların üç övladı var.


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər