"İnsanların haqsız olaraq gəlib, Orxanın onlara borclu olduğunu deyəcəyinə də təəccüblənmərəm. Orxanın itkin düşdüyü bu səkkiz ay ərzində bir adam belə qapımı döyüb deməyib ki, oğlunun mənə bu qədər manat borcu var. Belə olsaydı, o pulu verib borcu bağlayardım".
Teleqraf.com xəbər verir ki, bu sözləri mərhum xalq artisti İlhamə Quliyevanın övladlığa götürdüyü Orxan Nadirovun doğma anası Lalə xanım “Səni axtarıram” verilişində deyib:
"Bu qədər ağılsız insanam? Savadım yoxdur? Mən hər şeyi gözümün önünə alıb efirə gəlmişəm. Əgər Orxanla bağlı hansısa bir sübut varsa, susaram. Oğlumun bir ölkədən digərinə getməsi fakt deyil.
Oğlum Orxanı heç kim heç nədə mühakimə edə bilməz. Bu məsələdə İlhamə Quliyevanın adının hallanmasını istəmirəm. Zamanında nə olubsa olub, həyatımda nə baş veribsə, bu, mənim həyatımdır. İlhamə xanımın sağlığında hamısı Orxanın yanında idi. Oğluma deyirdilər ki, orada oturma, burada otur".