Aparıcı Xoşqədəm Hidayətqızı mərhum Xalq artisti İlham Quliyevanın ona bağışladı hədiyyənin saxta çıxdığını açıqlayıb.
Teleqraf.com xəbər verir ki, o, bu barədə aparıcısı olduğu "Günaydın, Azərbaycan" verilişində deyib.
Xoşqədəm İlhamə Quliyevanın ona brilyant boyunbağı hədiyyə etdiyini, lakin saxta çıxdığını deyib:
"Ad günüm günü idi. İlhamə Quliyeva dedi ki, sənə gözəl bir brilyant boyunbağı hədiyyə edəcəyəm. Qaşlı boyunbağı idi. And olsun Allaha o boyunbağını boğazımdan çıxartmadım, gecə onunla yatdım. Səhər baxıb gördüm ki, boğazım qapqaradır. Eləmədim tənbəllik yoxlatdırmaq üçün getdim boyunbağını zərgərə göstərdim. Zərgər mənə dedi ki, bu nə qızıl, nə də brilyantdır. Bu, bijuteriyadır. Bəlkə onun özünü də aldadıblar, deyə bilmərəm. Amma ilk aldığım brilyant hədiyyə idi, o da saxta çıxdı. Özüm hədiyyə edəndə adıma layiq edirəm. Hədiyyəni sevirəm. Xüsusilə ad günlərimdə gözləyirəm".