10 İyun 13:06
589
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müğənni Nura Suri qonşusundan polisə şikayət edib.

Teleqraf.com xəbər verir ki, Nura Suri bu haqda İnstaqramda hekayə bölümündə video paylaşaraq məlumat verib:

"İllərdir qonşum evimə su axıdır. Evimin sığortası var. Güc-bəla ilə xahiş etdik ki, evindəki problemi aradan qaldırsın. Polisə müraciət etdik, ondan sonra bu insan evinə ustaları buraxdı. Mənzil tikinti kooperativlərindən (MTK) akt almalıyıq ki, sığorta işə baxsın. Sığorta şirkəti isə gəldi baxdı və dedi ki, hadisəni ya polis, ya da mənzil-tikinti kooperativləri qeydə alıb, sənəd verməlidir ki, o adam ödəniş etməsə, məhkəməyə verməyə əlimizdə sənəd olsun.

Sahə rəisi deyir, mülki işdir, MTK-ya təsir göstərə bilmir. MTK-nın sahibi elə bir vəzifəli şəxsin qohumudur ki... Haqqımızı tələb edə bilmirik. İcra Hakimiyyətinə vəkilim üç məktub yazıb. Nazirliyə məktub yazdım, polis evimə gəldi, ərizə yazdım. Bu, polisin işi deyil. MTK-dan heç cür sənəd ala bilmirik, biz nə etməliyik?!"


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər