10 İyun 20:09
645
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müğənni Nadir Qafarzadə sosial şəbəkədə paylaşımı ilə diqqət çəkib.

Teleqraf.com xəbər verir ki, Nadir Qafarzadə İnstaqramda video paylaşaraq yazıb:

"Bura Bakının mərkəzidir, Rəşid Behbudovla Səməd Vurğun küçəsi. Bu küçə isə Milli qəhrəman Şövqiyar Abdullayevin adını daşıyır. Şəhidin adına da belə küçə qoyarlar? Şəhid adından utanın. Burada həyət evləri var idi, sökürsünüz, insanları başqa yerə köçürürsünüz. Çox gözəl, amma ağacları kəsməyin. Bakı artıq daş dövrünə oxşayır. Bir yaşıllıq yoxdur. Axı, Bakı yazıqdır.

Bakı 20 il əvvəl MDB ölkələri arasında parklarına, ağaclarına görə ən yaşıl şəhər idi. İndi isə ağacları barmaqla sayırıq. Dünən gecə bu ağacları kəsiblər, niyə, məqsədiz nədir? Bina tikin, amma ağacları kəsməyin".


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər