Əməkdar artist Mehriban Xanlarova "Bizimləsən" verilişində problem yaşayıb.
Teleqraf.com xəbər verir ki, əməkdar artist proqramda Nəzakət adlı ögey ana tərəfindən şiddətə məruz qalan uşağı və kömək istəyən nənəsini müdafiə edib. Daha sonra aktrisa proqramdan çıxarkən uşağın atası və ögey anası tərəfindən avtomobilinin qarşısı kəsilərək uşağı qaçırmaqda günahlandırılıb.
Aparıcı Zaur Baxəliyev isə məsələyə "Mehriban Xanlarovanın evində 11 adam var. Onları bir otaqda güclə saxlayır. Uşağı və nənəni hara aparacaqdı", - deyə reaksiya göstərib.
Mehriban Xanlarova isə deyib ki, uşaq üçün hüquq mühafizə orqanlarına müraciət edib: "Mən uşağı necə qaçıra bilərəm ki, yanında nənə olub. Mən nənə ilə birlikdə şiddətə məruz qalan uşaq üçün polis idarəsinə gedirdim. Bu məsələdə sona qədər də gedəcəm".