17 İyun 12:58
1 328
12 Punto 14 Punto 16 Punto 18 Punto

"İş və sevgi olmayanda darıxıram. Bu ara yaxşı deyildim, indi yaxşıyam. İşsiz qalmaq istəmirəm. Hər gün işləyib, pul qazanmaq istəyirəm. Hər gün nəsə almaq istəyirəm. İstəydiyimi ala bilməyəndə də pis oluram".

Teleqraf.com xəbər verir ki, bu sözləri xalq artisti Röya Ayxan Arb televiziyasında yayımlanan “Söhbət var” verilişində deyib.

Xalq artisti sevgidən də danışıb: “Məni xoşbəxt edən iş və sevgidir. Səhər yuxudan oyanıram, dostlarım gəlir. Onlarla deyib-gülürük. Sevgi mənim üçün yalnız iki insanın münasibəti deyil, ətrafımdakı olan insanlara hissimdir. Təkbətək sevgi mənim üçün 30 faiz qalıb. Heç bir kişiyə də inanmıram. İnanmıram ki, o mənim kimi sevsin, ürəkli olsun. Heç istəmirəm də, başına dəysin!

Bu nədir yalandan...Özüm-özümün yanındayamsa, hər şeyə özüm cavabdehəmsə... Nəyimə lazımdır kimsə desin ki, “hara getdin?", "haradan gəldin?”, “bunu niyə geyindin?". Bunlar hamısı yalançı şeylərdir və artıq istəmirəm”.


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər