Tanınmış aktyor Kıvanç Tatlıtuğ sevgilisi üçün təşkil etdiyi “parti”də sevgi etirafı ilə gecəyə damğa vurub. Belə ki, dostları ilə birlikdə mahnı oxuyub, əylənən aktyorun sürpriz şəkildə sevgilisinə dediyi “səni çox sevirəm” kəlməsi hər kəsi heyrətləndirib.
Cütlüyü gecədə dostları tək buraxmayıb. Ahmet Kayanın mahnılarını oxuyan Kıvanç gecənin sonunda sevgilisi ilə əl-ələ şəkil çəkdirərək, jurnalistlərə “Hər şey çox gözəldir. Təşəkkür edirik” - deyib.
Qeyd edək ki, “Qurd Seyid və Şura” serialının baş rolunu oynayan Kıvanç Tatlıtuğ beş aydır ki, serialın geyim üzrə rəssamı Başak Dizer ilə sevgilidir.