Vanda Nara yenidən "Qalatasaray"ın argentinalı hücumçusu Mauro İkardi ilə boşanmaq istəyir.
Teleqraf.com xəbər verir ki, bu xəbəri "Ciudad Magazine" yazıb.
Məşhur cütlüyün boşanmasına səbəb isə müğəni L'qante göstərilib. Belə ki, 10 illik münasibətə son qoymaq üzrə olan tərəfin Vanda Nara olduğu bildirilib. V.Nara ulduz oyunçudan bütün mülkü ona buraxacağına dair sənəd imzalamasını istəyir.
O da qeyd edilib ki, Vanda Nara keçən il İkardi ilə ayrılan kimi L'Gantenin klipində oynayıb. Hər iki ulduz klipdə bir-birinə isti münasibət sərgiləyiblər.
Vanda Nara artıq qərarını verib və boşanacağını "TVShow"ya təsdiqləyib.