12 İyul 17:49
2 315
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prodüser Tarix (Tolik) Əliyev müğənnilər haqqında qalmaqallı açıqlaması ilə diqqət çəkib.

Teleqraf.com xəbər verir ki, Tarix Əliyev Vəfa Şərifova və Şəbnəm Tovuzlunu tənqid edib:

"Hərdən özümə söz verirəm ki, danışmayım, amma yenə danışıram. Aralarında fəxri adı olan və olmayan müğənnilər də var. Deyirsiniz ki, vaxtilə evlərimiz, pullarımız, qızıllarımız olub. Bəs, indi onlar hardadır? Ağlınız olardı, elə xərcləyərdiniz ki, bu yaşda da qalardı. Cavanlara imkan verin, hər zaman sizin dövrünüz olmayacaq ki? Hərənizin bir saxlayanı, yetəri qədər xərcləyəni olub. İndiki müğənnilər siz etdiklərinizi etməzlər".

Tarix Əliyev Şəbnəm Tovuzlu və Vəfa Şərifovanın toy mərasimindən əldə etdiyi gəliri nümayiş etdirməsini tənqid edib: "İndi Şəbnəm Tovuzlu, Vəfa Şərifova deyir ki, ayda gəlirim 100 mindir. Vergi qapınızı döysə, 7 dəsmal deyil, 77 dəsmalla ağlayacaqsınız. İki günə 100 min qazanan müğənni var. Siz özünüzü kimə göstərirsiniz? Bu, kimə lazımdır? Qazanırsınız, özünüz bilərsiniz, 3-4 minə toy mərasimlərinə gedirsiniz, ayda 30 gün evdə tapılmırsınız.

Sözüm yalnız Vəfa və Şəbnəmə aid deyil. Bu gün 100 mini sizdən yuxarı təbəqə 2-3 günə qazanır. 30 gün hava limanında yatmayan, Bakıda ayda 3 toya gedib, 100 min qazanan müğənni var. Öllkədə 10 müğənni var ki, sərhəddən çıxmır. Həftənin üç günü toya gedərlər, 100 mindən çox qazanarlar.

Nə uşağınızın, nə ərinizin yanında olursunuz. Bütün günü təyyarədəsiniz..."















Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər