16 İyul 17:20
790
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aparıcı Xoşqədəm Hidayətqızı aparıcısı olduğu "Səni axtarıram" verilişində etirafı ilə diqqət çəkib.

Teleqraf.com xəbər verir ki, Xoşqədəm Hidayətqızı bu sözləri deyib: "Bu, 2014-cü ildəki Xoşqədəm deyil. Ola bilərdii, o zaman kimsə hansısa oyun qurardı. İndi elə deyil. 2014-cü ildən Xoşqədəm Hidayətqızının evində, avtomobilində kamera var. Mən quraşdırmışam. Evimizə gələn qonaqlara da məlumat verilir. Yazılıb ki, səs və görüntü qeyd olunur. Gələn zənglər qeydə alınır. Xüsusilə axtarışlarla bağlı.

Hər bir axtarışı tapmaq mənim baş ucalığımdır. Minlərlə axtarışı yekunlaşdırmışam, burada onlarla cinayət işinin üstü açılıb. Bu, faktdır, tarixdir, heç kim də gizlədə bilməz. Məni sevməyə, qəbul etməyə, qısqana bilərsiniz. Mən döşəmənin altından qadınların meyidini çıxaran adamam".


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər