20 İyul 15:06
1 123
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Qadınla kişi bərabər hüquqludur. Qadının çəkdiyi əziyyəti qadın çəkmir. Tək fərq qadın ağlaya bilir, kişi yox. Bir şey olanda da qadınlar deyir, biz zəifik. Onda yerini bil. Yeri gələndə tələb edirsən, məhkəmə ilə hədələyirsən. Hər şey o vaxt tənzimlənir ki, qadınla kişi bir birinə hörmət edir. Kişi qadını bir səbəbdən boşaya bilər: xəyanət üstündə".

Teleqraf.com xəbər verir ki, bu sözləri Əməkdar artist Qorxmaz Əlili "Mən" yutub layihəsində danışıb.

O, yeni ideyasını ilk dəfə bölüşüb:

"Dua edirəm ki, Allah mənə atam qədər ömür versin, 95 yaşında vəfat edib. O qədər görüləcək işlərim var. Bəzən də ölmək istəyərəm, o qədər hər şeydən, hamıdan bezmişəm ki... Məni yaşadan sənətdir. 12 il əvvəl Allah mənə istedad verib, musiqi alətləri düzəltmişəm. İndi musiqiçi axtarıram, bir baxan yoxdur. 10-a yaxın alətdir. Allaha deyirəm ki, bunu verdin, indi imkan yetir, başa çatdırım.

Yaşlıyam, şəkərim var, insult keçirmişəm. Gözləyirlər, mən öləndən sonra öz adlarına yazsınlar. Bir buna görə ölmək istəmirəm".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər