24 İyul 21:48
1 260
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Dream Fest" Beynəlxalq Musiqi Festivalı çərçivəsində "Sea Breeze Resort"dakı Şöhrət Xiyabanında ulduzqoyma mərasimləri keçirilib.

Teleqraf.com xəbər verir ki, bu dəfə tədbir əfsanəvi Maykl Ceksonun gənclik illərində qardaşları ilə birlikdə yaratdığı "The Jackson" qrupuna həsr olunub.

Belə ki, bu gün kvartetdə yer alan Ceki, Tito, Cermeyn və Marlon Cekson qardaşları Bakıya gəliblər.

ABŞ qrupu iyulun 26-da festivalda çıxış edəcək.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər