26 İyul 15:59
1 050
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ağır xəsarət almaqdan son anda xilas olmuş müğənni Mətin Hüseynzadə (Madteen) avtoqəzadan danışıb.

Teleqraf.com xəbər verir ki, ifaçı bu sözləri deyib: "Ötən gün bədbəxt hadisə baş verdi. Avtoyumada maşınımı avtoyuma əməkdaşı ilə təmizləyirdik. Anidən bir avtomobil gəlib, mənim maşınıma çırpıldı. Avtoyuma əməkdaşı xəsarət aldı. O, indi xəstəxanada reanimasiyadadır. Fikrim, ağlım ancaq onun yanındadır. Mən qəzadan bir addım hərəkətlə qurtuldum. Avtomobil məni vurub kənara atdı. Ayağımı itirə və ya yanımdakı qardaşla mən də reanimasiyaya düşə bilərdim. Dualarınızı həmin gəncdən əsirgəməyin. Çünki onun iki övladı var. Qəza bizə onu öyrədir ki, sükan arxasında olanda ehtiyatlı olmaq lazımdır. Hadisədir, heç kim istəməzdi, belə olsun".


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər