Amerikalı aktyor Leonardo Di Kaprio və model Vittoria Çerettinin münasibətinin maraqlı məqamları üzə çıxıb.
Teleqraf.com xəbər verir ki, bu barədə "In Touch Weekly" nəşri məlumat yayıb.
Nəşr yazır ki, aktyor sevgilisindən uzaq olanda azad həyat tərzi sürür: “Münasibətlərə gəldikdə Leo hələ də öz qaydaları ilə oynayır. Onunla münasibətdə olanda sərhədlər dəyişir və daha açıq olur. Əgər onunla qalmaq istəyirsinizsə, buna öyrəşməli olacaqsınız".
Bu səbəbdən mənbənin sözlərinə görə, Di Kaprio Cerettinin sıx iş qrafikindən razıdır.