1 Avqust 16:38
5 350
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müğənni Afət Fərmanqızı Arb televiziyasında yayımlanan "Nigar xanım" verilişində açıqlaması ilə diqqət çəkib.

Teleqraf.com xəbər verir ki, Afət Fərmanqızı ad çəkmədən həmkarlarından şikayət edib: "Bilmirəm həmkarlarım məndən nə istəyirlər? Afətin bəla tərəfi var. Ad çəkmirəm, Rusiyada oturmuşam, öz iş-gücümdəyəm".

İfaçı Rusiyaya köçməsinin də səbəbini açıqlayıb: "Bakıdakı qalmaqallardan qaçmadım. Rusiyada mənə böyük bir tələbat var idi. Əslində, mən çoxdan getmək istəyirdim. Hər bir müğənni Rusiya toy bazarına qatılmaq arzu edib. Bir-iki nəfər konsertlərdən gəlir əldə edə bilər. Rusiyada toy mərasimlərindən qazanc əldə etmək yaxşıdır.

Rusiyada ofisinatın aldığı pul burada musiqiçiyə verilən puldan çoxdur. Moskvada yarım saatlıq toy mərasimində çıxışım 4000-5000 manatdır. Orada şabaş da çox verilir, 5000 manat..."


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər