Türkiyəli influenser Danla Biliç Bakıda tədbirdə onunla şəkil çəkdirmək istəyənlərə "zooparkdakılar" deməsinə cavab verib.
Teleqraf.com xəbər verir ki, Danla Biliç bu haqda İnstaqramda hekayə bölümündə paylaşım edib: "Bakıda qatıldığım tədbir haqqında yazılanlar çoxaldığına görə açıqlama vermək məcburiyyətindəyəm. Azərbaycanı və insanlarını çox sevdiyimə görə, makiyaj master-klassında model olmaq üçün qaçaraq getdim. Səhnədə şəxsimə edilən yersiz aşağılanmalar və zarafatlar məni üzdü. Sonra isə həyatımda görmədiyim və tanımadığım insanlara, markalara, sponsorlara guya nəyisə reklam edəcəyimə dair sözü verdiyimi öyrəndim. Bu azmış kimi, azərbaycanlılar üçün “zooparkdakılar” dediyimi iddia etdilər. Ümid edirəm, bir gün bunu sizin üçün əslində kimin dediyini açıqlayayarlar. Digər eşitdiklərim mənə qalsın və təcrübə olsun. Hələ ki, susuram. Sizi sevirəm”.