8 Avqust 11:06
1 025
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müğənni Roza Zərgərlinin övladlığa götürdüyü Jerar Qafarov sosial media hesabında daha bir paylaşım edib.

Teleqraf.com xəbər verir ki, Jerar Qafarov İnstaqramda hekayə bölümündə bu sözləri yazıb:

"Öncə bildirmək istəyirəm ki, mən dilənçi deyiləm. Sadəcə çətin anımda kiçik yardıma ehtiyacım var idi. Sağ olsunlar, insanlığı itirməyən vicdanlı qonşularım çətin anımda yanımda oldular.

Həyatımla bağlı bilib-bilmədən hər kəs danışır. Kimə görə əla yaşayıram, kimə görə avara. Mən də istəyərdim ki, ali təhsil alım. Lakin yaşadığım çarəsizlik məni iş həyatına atdı. Hər işdə namusla işləmişəm.

Hər kəs düşünür ki, müğənni Roza Zərgərlinin oğludur, əla yaşayır və sairə. Əvvəla nə mən, nə də qardaşım Corc Qafarov onun oğluyuq... Biz onun övladlığıyıq. Bizim anamız Leyla Qafarovadır. Onu da illər əvvəl xəstəlikdən itirdik. Anam sağ ikən bizi uşaq evinə qoydu. Həyat anamı elə hala saldı ki, “Azərbaycan gözəli” seçiləndən sonra küçələrdə xəstəliyə tutuldu və rəhmətə getdi. Bizi də küçələrdə ölməyək deyə uşaq evinə verdi. Yoxsa heç bir ana övladlarından imtina etməz. Bizim anamız da etmədi.

Roza Zərgərli bizə bir qədər yardım edib. Başımın üstündə Allah var, yalan danışa bilmərəm. Bəli, bizə kömək edib. Lakin kimisə övladlığa götürürsənsə, təkcə maddi yox, mənəvi olaraq da onunla maraqlanmalısan. Roza Zərgərli harada qaldığımı, nə yeyib-nə içdiyimi bilmir. Ona haqq qazandırmazdan əvvəl həyatıma bir dəfə də məni tərəfdən baxın. Hələ danışmadığım çox şey var. Bunu oxuyun kifayətdir. Əgər oxusanız...”


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər