29 Avqust 12:31
459
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyəli məşhur aktyoru Engin Altan Düzyatan Bakıya gələcək.

Teleqraf.com xəbər verir ki, aktyor Birləşmiş Millətlər Təşkilatının 2024-cü il İqlim Dəyişikliyi Konfransının (COP) builki konfransında COP 29-da Türkiyəni təmsil etmək ölkəmizə gələcək.

Engin Altan Düzyatan Türkiyəni BMT-nin İqlim Dəyişikliyi Konfransında İqlim Dəyişikliyi Məsləhət Komitəsində təmsil etmək üçün təyin edilib. Azərbaycanda toplanan COP29 qəyyumlar şurası ətraf mühitin çirklənməsinin azaldılmasını təşviq etmək üçün lazım olan əsas mexanizmlərdən biri kimi COP29 Beynəlxalq Məşvərət Komitəsini yaradılıb. 21 üzvü olan komitə iqlimlə bağlı fəaliyyətin müxtəlif aspektləri ilə bağlı məsələlərə töhfə verə biləcək aparıcı fiqurları təmsil edir. Engin Altan Düzyatan Komitə üzvü seçilib.

COP 29 11-24 noyabr tarixlərində keçiriləcək.

Bu haqda "Sputnik Türkiyə" məlumat yayıb.

Qeyd edək ki, aktyor "Diriliş Ertuğrul" serialı ilə məşurlaşıb.


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər