10 Sentyabr 02:12
444
12 Punto 14 Punto 16 Punto 18 Punto

Amerikalı aktyor Ceyms Erl Cons vəfat edib.

Teleqraf.com “ABC News”a istinadən xəbər verir ki, 93 yaşlı incəsənət xadimi Nyu-York ştatındakı Datçess dairəsində öz evində keçinib.

60 ildən çox karyerası ərzində Cons onlarla filmdə çəkilib. Onların arasında “Amerikaya səfər”, “Barbar Konan”, “Mətvan”, “Ən yaxşıların ən yaxşısı”, “Cinayət əlaqələri”, “Qırmızı oktyabr ovu”, “Doktor Strenclav və ya mən necə bombadan qorxmamağı öyrəndim və onu sevdim?”. Aktyor həmçinin “Kral Şir” cizgi filmində Mufasanı, əfsanəvi “Ulduz müharibələri” franşizasında isə Dart Veyderi səsləndirib.

Cons üç “Toni” mükafatı, iki “Emmi” (hər ikisini 1991-ci ildə qazanıb) və bir “Qremmi” mükafatının sahibidir. 2011-ci ildə o, “kino sənətinin inkişafına verdiyi töhfəyə görə” fəxri “Oskar” alıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər