Hollivud ulduzları Kianu Riz və Sandra Ballok məşhur “Sürət” filminin 30 illiyini qeyd etmək üçün bir araya gəliblər.
Teleqraf.com CNN-ə istinadən bildirir ki, onlar Los-Ancelesdə keçirilən “Beyond Fest” festivalı çərçivəsində “American Cinematheque в Egyptian Theatre” səhnəsinə çıxıblar. Filmin rejissoru Yan de Bont da onlarla birgə olub.
O, filmin çəkiliş prosesini xatırladıb.
1994-cü ildə çəkilmiş bu filmdə Kianu Riz polis zabitini, Ballok isə avtobusu sürməyə məcbur qalmış sərnişini oynayıb.
Bont bildirib ki, çəkliş üçün 11 avtobusdan istifadə olunub. Riz isə deyib ki, nəqliyyat vasitələrində həddən artıq kamera quraşdırılmışdı. “Mən öndən 22 kamera saydım. Qarşımızda 22 kamera var idi. Bir kamera Sandranın əllərini çəkirdi. Başqa bir kamera isə mən çevrilərkən çəkirdi”.
Film böyük uğur qazanıb.
Hər iki aktyor deyib ki, “Sürət-3″də yenidən çəkilməyə şad olardılar.