Müğənni Röya Ayxan geyindiyi açıq-saçıq libasına görə ona irad tutanlara cavab verib.
Teleqraf.com xəbər verir ki, sənətçi "Onlar" verilişində heç vaxt geyim tərzini dəyişməyəcəyini deyib:
"Hamının fikrinə hörmətim var. Buna görə də susdum. Mən Röyayam, bunu unutmasınlar. Bu gün qısa, sabah sinəsi və ya kürəyi olmayan paltar geyinə bilərəm. İncəsənət adamıyam, kiminsə mənə söz deməyə haqqı yoxdur. Mən deyirəm, kimə nə alıb, satırsınız? Susuram. Amma bu o demək deyil ki, görmürəm. Məndə hər şey gözə girir. Çünki özüm göstərirəm. Başqaları bunu gizli edir deyə bilinmir. Rihannanı Bakıya gətirmiş ölkəyik. İndi mənə deyirlər, ətək geyinməyi unudub. "Christian Dior" bunu paltar olaraq satışa çıxarıb, kostyum deyil. Hamı öyrəşib yalandan namus, qeyrətdən danışsın. Şou-biznesdə bir mənəm səhv olan, qalan hamısı tərtəmizdir. Gedib yeniyetmə qızlarla məşğul olsunlar. Məni alan aldı, hay-hayım gedib artıq. Oxuyum, siz sadəcə qulaq asın. Necə istəyirəm, elə də yaşayacam".
Rüstəm