3 Mart 2015 15:29
1 635
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əməkdar artist Elza Seyidcahan “Bu şəhərdə” kollektivini məhkəməyə verəcək.

Bu haqda Axşam.az-a müğənni özü açıqlama verib. Buna səbəb aktyorların onu yenidən parodiya etməsidir: “Bir neçə dəfə xəbərdarlıq göndərdim ki, məni parodiya etməyin. Sözümə qulaq asmadılar. İndi şeirlərimi ələ salıblar. Onlarla məhkəmədə görüşəcəm. Hazırda başları konsertə qarışıb. Qanlarını qaraltmaq istəmirəm. Tamaşanı versinlər, pullarını qazansınlar, ərizəmi yazıb, məhkəməyə təqdim edəcəm. Onlara hörmətim var, amma buna son qoymalıyam. Azərbaycanın ən varlı aktyorları Rəfael İsgəndərov və Coşqun Rəhimovdur. Buna görə də onlardan yüz min istəyəcəm. Neçə ildir konsert verir, bu qədər qazanırlar. Onların tamaşasında Heydər Əliyev Sarayında boş yer qalmır”.

E.Seyidcahan onlardan alacağı pulu hara xərcləyəcəyini də açıqlayıb: “Yeni bir layihəm var, pulu ona sərf edəcəm. Həmin layihədə Coşqunla Rəfaelin özü də olacaq. Bir tamaşa quracam, deyəcəm gəlin mənimlə eyni səhnəni paylaşın. Orada onlar özlərini yamsılayacaqlar. Məhkəmə ərizəmdə bunu da istəyəcəm”.

Qeyd edək ki, “Bu şəhərdə”nin “Göz-Əl” tamaşası martın 5-6-7-8-9-da Heydər Əliyev Sarayında baş tutacaq.


Müəllif:

Oxşar xəbərlər