16 Aprel 2014 22:58
936
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qalmaqalları ilə yaddaşlarda qalan müğənni Mayli Sayrus xəstəxanaya düşüb.

ANS PRESS-in məlumatına görə, 21 yaşlı ifaçının ciddi allergiya nəticəsində halı pisləşib. Son zamanlar onun qəbul etdiyi antibiotik həblərini spirtli içki ilə qatışdırmaq olmaz, buna baxmayaraq ifaçı həkimlərin sözlərinə qulaq asmayıb.

Bütün baş verən hadisələrdən sonra Sayrusun Kanzasda planlaşdırılan konsert proqramı təxirə salınıb. Müğənninin köməkçisi qeyd edib ki, Mayli ötən həftədən etibarən özünü pis hiss etməyə başlayıb. İfaçının köməkçisi qeyd edib ki, M. Sayrus özünü yaxşı hiss edənə qədər bir müddətlik fasilə götürəcək, səhnədən uzaqlaşacaq.

Satılan biletlərin pulları müğənninin pərəstişkarlarına geri qaytarılıb. Bundan əlavə olaraq sənətçi Tvitter səhifəsində selfieşəklini yükləyərək sevənlərinə müraciət edib: "Kanzas, sizin kimi mən də kədər içindəyəm. Bu gün burada çıxış etməyi çox istəyirdim, səhnəyə çıxa bilmədiyim üçün vəziyyətin daha da çox pisləşir".

Qeyd edək ki, Mayli Sayrus ötən günlərdə artıq bir dəfə konsertini təxirə salıb, o vaxtda o özünü pis hiss edib.


Müəllif:

Oxşar xəbərlər