Müğənni Nura Surinin Azərbaycanı “Eurovision”da Elnurun təmsil edəcəyi ilə bağlı verdiyi xəbər öz təsdiqini tapmayıb.
Publika.az-a açıqlama verən İTV-nin rəsmisi xəbəri təkzib edib: “Elnurun Azərbaycanı “Eurovision”da təmsil etməsi ilə bağlı kimlərinsə yaydığı xəbərlər həqiqətə uyğun deyil. Hər kəs öz fikrini söyləyir. Azərbaycan təmsilçisinin adı bəlli olan kimi İTV-nin rəsmi saytında bu barədə məlumat veriləcək”.
Xatırladaq ki, Nura Suri bu barədə ATV-nin efirində məlumat verib: “Xəbəriniz olsun ki, bu il Azərbaycanı “Eurovision”da Elnur təmsil edəcək. Ona görə “qədrini bilmədik” kimi sözlər deyilməsin, qədrini bilirik. Dəqiq məlumatdır. Bu il Elnur həmin müsabiqədə tək olacaq. Rəsmi olaraq maraqlana bilərsiniz. Bir ara təkzib olunmuşdu, sonra yenə də təsdiqlənib”.