18 Mart 2015 10:15
755
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransa qanunvericiliyi modellərin sağlamlığı ilə ciddi məşğul olmağı planlaşdırır.

Teleqraf.com Rusiya mətbuatına istinadən xəbər verir ki, bunun üçün çəkisi normadan az olan modellərə çalışmağı qadağan edən səhiyyə islahatına düzəliş əlavə etmək təklif olunub. Bu, həm podiuma, həm də reklam kampaniyalarına aiddir.

Deputatlardan biri modellərin çəkilərinin mütəmadi yoxlanılmasını keçirməyi təklif edib. Bədən çəkisi indeksinin 18-dən aşağı olduğu modellər işə buraxılmamalıdır. Çox arıq modelləri işə götürən agentlik və brendləri 75 min avro məbləğində cərimələmək və 6 aya qədər azadlıqdan məhrum etmək təklifləri edilib. Məsələn, 175 sm boyu olan modelin çəkisi 55 kq-dan az olmamalıdır. Deputatın bildirdiyinə görə, hazırda Fransada anoreksiyadan 40 min insan əziyyət çəkir, onların 90%-i isə yeniyetmələrdir.

Rüstəm


Müəllif:

Oxşar xəbərlər