Mərhum müğənni Uitni Hyustonun iki aya yaxındır ki, komada olan qızı Bobbi Kristina Braundan yeni xəbər var.
Teleqraf.com axşam.az-a istinadən xəbər verir ki, həkimlər 22 yaşlı qızı reabilitasiya şöbəsinə köçürtmək qərarına gəlib. Burada uzun müddət komada olan xəstələr saxlanılır.
Bobbinin yer aldığı klinikanın adı paparatsilərdən gizli saxlanılır. Xarici mətbuatın yaydığı məlumatda qızın səhhətində heç bir dəyişiklik olmadığı bildirilib.
Qeyd edək ki, Kristina yanvarın sonunda evinin vanna otağında huşsuz halda tapılıb. Beynində şiş olan qız sünii komaya salınmışdı.