3 Aprel 2015 23:48
900
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məşhur müğənni Castin Biber keçmiş sevgilisi Selena Qomezlə bağlı etiraf edib.

Teleqraf.com Rusiya mətbuatına istinadən xəbər verir ki, o, yeni albomunu Selena Qomezdən ilhamlanaraq hazırladığını bildirib.

“Demək olar ki, bütün ilhamımı Selenadan aldım. Bu xoşbəxtliyi və kədəri özündə birləşdirən münasibət idi. Mən yaşadığım bu gözəl duyğularımı bu albomumda yazmağa qərar verdim”, deyə Castin Biber qeyd edib.

Xatırladaq ki, Selena Qomezlə Castin Biber 2014-cü ilin oktyabrında ayrılıblar.

Rüstəm


Müəllif: