8 Aprel 2015 12:19
878
12 Punto 14 Punto 16 Punto 18 Punto

Britaniyalı model Kara Delevinin 28 yaşlı bacısı Poppi Delevin filmə çəkilməyə hazırlaşır.

Teleqraf.com Rusiya mətbuatına istinadən xəbər verir ki, Poppi tanınmış rejissor Qay Ritçinin "Dəyirmi stolun cəngavərləri: Kral Artur" filmində çəkiləcək.

Kinoda Çarli Hannemin, Cud Lounun, Erik Banın, Cim Honsun, Astrid Berje-Frisbinin və digər aktyorların iştirakı gözlənilir. Tabloidlərin məlumatına görə, Delevin kral arturun anası rolunu oynaya bilər.

Filmin premyerası 2016-cı ilin iyuluna planlaşdırılıb.

Rüstəm


Müəllif: