Müğənni Röya Ayxan səhhəti ilə bağlı danışıb.
Teleqraf.com "Onlar" verilişinə istinadən xəbər verir ki, ifaçı həkimin ona qadağa qoyduğunu deyib. O, səs tellərində yaranan problemlərin artıq həll olduğunu bildirib:
“İki ay əvvəl həkimə getdim. Yaxşı sözlər demədilər. Əməliyyat yazdılar. Amma Gülyaz və Gülyanaq bacıları məni həkimə apardılar. Məhz səs tellərini müalicə edir. Həkim-həkim gəzdim, ona görə də daha pis oldum. Əsəbdən qışqırmışam, səs telim partlayıb. İndi düzəlirəm. Həkim qadağalar qoyub. Ancaq su içə bilərəm. Bal yedikcə boğuluram. Alma, duzlu, şirniyyat olmaz”.
Teleqraf.com videonu təqdim edir:
Rüstəm