24 Aprel 2015 16:48
802
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyəli müğənni Özgün ata olduqdan sonra həyatında bir çox yeniliklər etmək qərarına gəlib.

Murat Boz, Murat Dalkılıç kimi yaraşıqlı müğənnilərlə rəqabət aparmaq üçün sadəcə səs və mahnıların kifayət etmədiyini anlayan Özgün özünü yenidən yaratmağa qərar verib.

Bir ildir ki, xüsusi pəhrizə əməl edən müğənni idman müəllimiylə birgə həftənin 4 günü, gündə 2 saat idmanla məşğul olub.

Qarın əzələləriylə dillərə dastan olan Kıvanç Tatlıtuğu belə qısqandıracaq bədənə qovuşan Özgün sosial şəbəkədə fotolarını paylaşıb.

Özgün əzələlərini idmana borclu olduğunu əlavə dərman və qidalardan istifadə etmədiyini vurğulayıb.

Publika.az müğənninin fotolarını təqdim edir:


Müəllif:

Oxşar xəbərlər