23 May 2015 13:57
988
12 Punto 14 Punto 16 Punto 18 Punto

Braziliyalı tanınmış model Adriana Lima Kann Festivalında diqqətləri üzərinə çəkib.

Teleqraf.com Rusiya mətbuatına istinadən xəbər verir ki, festivalı çərçivəsində keçirilən xeyriyyə tədbirinə qatılan cazibədar modelin qarnının şişkinliyi gözdən qaçmayıb. Adriana gecəyə qara libasda qatılıb.

Uşağın atasının Adriananın hər kəsdən gizlətdiyi braziliyalı sevgilisi olduğu iddia edilir.

Qeyd edək ki, Adriana Limanın Valentina (6 yaş) və Sienna (3 yaş) adlı iki qızı var.

Teleqraf.com fotoları təqdim edir:

Rüstəm


Müəllif: