Tanınmış müğənni Jasminin həyat yoldaşı ev həbsindən azad olub.
ANS PRESS-in məlumatına görə, İlan Şor ölkədən çıxmamaq haqqında sənəd imzalayıb.
Biznesmen öz günahını qəti sürətdə təkzib edib və bildirib ki, yaxın zamanda günahsız olması barədə dəlillər təqdim edəcək.
"Mən əminəm ki, yaxın zamanda icitimaiyyət əslində nə baş verdiyini biləcək", deyə iş adamının nümayəndəsi açıqlama verib.
Jasmin özü də bir müddət öncə ərinin müdafiəsin qalxmışdı. "Mənim həyat yoldaşım nüfuzlu insan, uğurlu iş adamıdır. Ən əsası isə o qayğıkeş, mehriban ata və ailə başçısıdır. Moldova güc sturukturlarının fəaliyyətini böyük səhv hesab edirəm".
Qeyd edək ki, Şor bir milyard dollarlıq Moldova və Rusiya banklarında şübhəli maliyyə əməliyyatında günahlandırılır. İddia olunur ki, oğurlanmış vəsaitlər avro və dollarla kreditləri kimi ofşor şirkətlərin hesabına köçürülüb.