Məşhur müğənni Madonna 2012-ci ildə Türkiyə səfərindən sonra Manhettendəki evində türk hamamı tikdirmək qərarına gəlib.
Teleqraf.com “Hürriyət”ə istinadən xəbər verir ki, ifaçı bunun üçün evinin 900 kvadrat metr ərazisini ayırıb. Madonna artıq Antalyadakı firmalardan biri ilə müqavilə də imzalayıb. Tikintisi 400 min dollara başa gələcək hamamla yanaşı, ayrılmış ərazidə SPA mərkəzi, buxar otağı, sauna, masaj salonu da nəzərdə tutulur. Hamamda qızıl işləmələrdən istifadə olunacaq. Layihənin 2 ay müddətinə başa çatdırılması gözlənilir.
Qeyd edək ki, Madonnanın Manhettendəki evi 1945-ci ildə retro dizayn edilib. Evin 28 otağı var.
Teleqraf.com həmin fotoları təqdim edir: