Türkiyəli tanınmış müğənni Demet Akalın qızının səccadə üzərində çəkilmiş şəkilini paylaşıb.
Teleqraf.com "Hürriyet"ə istinadən xəbər verir ki, ifaçı 15 aylıq Hiranın namaz qılmağı babasından öyrəndiyini bildirib. O, fotonun altında bunları yazıb:
“15 aylıq qızım azan səsini eşidən kimi əllərini göyə açır. Allahıma şükürlər olsun ki, iman sevgisini övladımın ürəyinə salıb. Babadan namaz qılmağı öyrənən Hira...”.
Teleqraf.com fotoları təqdim edir:
Rüstəm