5 İyun 2015 10:15
1 508
12 Punto 14 Punto 16 Punto 18 Punto

Deyəsən, ANS telekanalının əsas xəbər aparıcısı Qənirə Ataşova yerini dəyişmək istəyir.

Publika.az xəbər verir ki, onun bu istəyi “Facebook” sosial şəbəkəsindəki rəsmi səhifəsindən açıq görünür. Belə ki, məşhur aparıcı bu günlərdə böyük maraq və müzakirələrə səbəb olan status paylaşıb. Birmənalı olmayan statusu oxuyan hər kəsdə aparıcını düşündürən məsələ ilə bağlı müxtəlif fikirlər yaranır.

“Uzun müddətdir ki, “Facebook”da yoxam. Düşünürəm, gələcəkdə də olmayacağam. Amma bu gün nədənsə, “Facebook” üçün darıxdım və gəldim. Nədənsə, içimdən olduğum məkanı dəyişmək gəlir. Hətta imkanım olsa, olduğum Yer kürəsini dəyişərəm. Hansısa ulduzu, yaxud planeti kəşf etmək üçün sınaq uçuşuna belə hazıram. Təki məkanı dəyişim. Əslində, dinimiz o biri dünyanın var olduğunu deyir və səmimiyyətlə deyirəm, yatmışların bir gün oyanacağına inanıram. Sadəcə, Allaha qarşı olmaq istəmədiyim üçün, o dünyamı özüm gətirmək istəmirəm. Qoy, onu mənə Allah özü bildiyi vaxt gətirsin. Amma məkanımı dəyişmək üçün çox tələsirəm... Yadıma uşaqlıq illərim düşdü. Orta məktəbdə oxuyurduq. Məktəblə evimiz arasında xeyli məsafə var idi. Dərslərini məndən də yaxşı oxuyan və riyazi beyni məndən aktiv olan bacım Kainatla yol gedəndə gələcəyimizi xəyal edərdik. Mənim ən böyük arzum nə zamansa, çox gözəl bir kitabxanaya sahib olmaq idi. Orda özüm üçün sevdiyim kitabları toplayacaq və səhərdən axşamadək oxuyacaqdım. Kainat “bəs, nə ilə dolanacaqsan?”, - deyəndə, “Yalnız meyvə yeyəcəyəm” deyirdim. Kainatın isə arzuları bitməz-tükənməz idi... Oxuduğum kitablarla məkanımı tez-tez dəyişirəm. Köklü dəyişmək üçün isə Allahın yardımına ehtiyacım var”.

Ataşovanın bu statusu onu sosial şəbəkədə izləyənlərin də marağına və müzakirəsinə səbəb olub. Şərhlərə cavab olaraq, Ataşova yazdıqlarının vəfat etmək arzusu ilə əlaqədar olmadığını vurğulayıb. Elə isə, geriyə bir variant qalır.


Müəllif:

Oxşar xəbərlər