Pekində uğurlu konsert proqramı ilə çıxış edən müğənni və teleaparıcı Vüsalə Rəcova növbəti dəfə böyük səhnəyə çıxacaq. Onun bu dəfəki çıxışı Heydər Əliyev Sarayında nəzərdə tutulub.
Publika.az-ın məlumatına görə, sənətçi müəllimi, Şöhrət ordenli, xalq artisti Mənsum İbrahimovun təşəbbüsü ilə iyunun 18-də nəzərdə tutulan “Gəncləşən muğam” gənc muğam ifaçılarının konsertində çıxış edəcək.
Artıq məşqləri başlayan layihədə müğənnini payına dünyaya səs salan “Sarı gəlin” xalq mahnısı düşüb. Kompozisiyanı özünəməxsus şəkildə hazırlayan Vüsalə Rəcova səhnəyə milli geyimdə çıxacaq.
Qeyd edək ki, “Gəncləşən muğam” layihəsində Mənsum İbrahimovun yetirmələri-Aytən Məhərrəmova, Arzu Əliyeva, Elşad Aydınoğlu, Hüseyn Məlikov, Günay İmamverdiyeva və başqaları da çıxış edəcəklər.