16 İyul 2015 11:19
725
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötənlərdə “Azərbaycanın səsi” musiqi yarışmasının canlı efirinə çıxan xalq artisti Nisə Qasımova qara pariklə hər kəsi təəccübləndirmişdi.

Teleqraf.com xəbər verir ki, müğənninin yeni imici izləyicilər tərəfindən birmənalı qarşılanmayıb. Qara saçlarının ona yaraşmadığını deyənlərə isə müğənni şəxsi “İnstagram” hesabından cavab verib.

“Mənim əzizlərim, bu, mənim iki gün öncə ofisdə çəkdirdiyim şəkildir. Mən heç bir əməliyyat, botoks etdirməmişəm, gel vurdurmamışam.“Azərbaycanın səsi” müsabiqəsindəki qara parik və parikə uyğun makiyaj mənim sadəcə bir günlük kaprizim idi. Və düşünürəm ki, Puqaçovanın repertuarından oxuduğum mahnını öz dolğun sarı saçlarımla oxusaydım, onda ona başqa rəy verərdiniz. Təəssüf ki…”

Pərvin


Müəllif:

Oxşar xəbərlər