30 İyul 2015 13:04
1 731
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müğənni və gənc ana Ayan Babakişiyeva 1 yaş 3 aylıq qızı Selena haqda maraqlı açıqlamalar verib. İfaçı qızı üçün həm ata, həm da ana olduğunu vurğulayıb. Bu haqda Ayan "Xəzər" telekanalına müsahibə verib.

“Ana olmağa hazırlaşanda düşünürdüm ki, qızım tez dünyaya gəlsin və qucağıma alım. Sən demə, ən asanı uşağın elə ana bətnində olmasıdır. Doğulandan sonra konsert başladı. Mən ailəyə bağlı insanam. Qızım dünyaya gələndən bütün sevgini məndən alır. Evə gec gedəndə özümü günahkar hiss edirəm. Ötən il qardaşımla Milana, Barselonaya getmişdim. Səfərdən qayıdandan sonra qızım bir həftə məni tanımadı. Heç onun vecinə də deyilci ki, mən nələr çəkirəm. Böyüyəndə deyəcək ki, mənim üçün neyləmisən? Hətta məni indi efirdə görəndə qışqırır. Çox eqoist uşaqdır. Mən ancaq onun yanında oturmalıyam. Tək böyüməyinə baxmayaraq, sevgi ilə böyüyür. Mən bacardığım qədər çalışıram ki, o heç nəyi hiss etməsin. Onun anası çox güclüdür. Allah mənə qüvvət versin, qızımı böyüdəcəyəm”.

O, həmçinin qızının çox nadinc olduğunu da bildirib.

“Mənim qızım bayıra çıxarılası deyil. Bir qışqırır ki... Elə bir elin buna borcu var”.

İlk yaşadığı sevgidə uğursuzluqla rastlaşan Ayan həyatın bununla bitmədiyini düşünür, yenidən sevməyə və ailə qurmağa hazır olduğunu bildirir.

“Ailə həyatı qurmağa hazıram. Normal xanımlar kimi mən də istəyirəm ki, məni qoruyacaq həyat yoldaşım olsun, dayağmı, köməyim olsun. Mən ailə istəyirəm. İnşallah ki, seçimimdə yanılmayacağam. Ailəm olacaq”.


Uğursuz sevgi yaşayan ifaçı onu qınayanlara ismarış da göndərib.

“Heç kəs heç nədən sığortalanmayıb. Heç kəsi də qınamaq olmaz”.

Peşmançılıq yaşayan müğənni bu gün yaşadıqlarına görə şükür edir.

“Əvvəllər etdiklərimə görə, çox peşmançılıq çəkmişəm. Çox səhvlər edirdim. Dostlarıma qarşı da bağışlanmaz hərəkətlər edirdim. Selenadan sonra insanları tanıdım. Baxışlarım dəyişdi. Dostlarım artıq barmaqla sayılacaq qədərdir. Allah mənə elə hədiyyə verib ki... Bu, mənim qızım Selenadır. Allah mənə övlad nəsib edibsə, deməli, Allahın sevimli bəndəsiyəm”.


Müəllif: