"Köşəm Sultan" serialı ilə ekranlara qayıtmağa hazırlaşan Hülya Avşar avtomobilini yeniləyir.
Teleqraf.com "Hürriyet"ə istinadən xəbər verir ki, aktrisa yeni serialda hər bölüm üçün 60 min TL (təxminən 22600 manat) alacaq. Avşarın 510 min Avroluq Aston Martin avtomobilinə gözü düşüb.
Avtomobilini "Park etmək olmaz" lövhəsinin yerləşdiyi yerə park edən Avşar "Yeniköy Motors"a baş çəkib.
"Aston Martin DB9"la maraqlanan aktrisa maşının Türkiyəyə gəlişini uzun zamandır gözlədiyini söyləyib: "Gələcəyini aylar əvvəl bilirdim. Gəldiyini eşidəndə yaxından görmək istədim. Birini mənim üçün ayırdılar. Razılaşsaq, alacağam. Çox komfortlu maşındır"
Teleqraf.com fotoları təqdim edir:
Rüstəm