14 Avqust 2015 13:29
1 732
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məşhurların bəzisi anaları, digərləri isə ataları ilə yola getmir.

Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, valideynləri ilə tez-tez küsüb barışsalar da bir qismi ölənə kimi ayrı qalmağa and içib.

1. Atası ilə yola getməyən tanımışlardan biri Ebru Gündəşdir. Atası qızı 4 yaşında olan zaman evi tərk edərək içkiyə qurşanıb. Ebru uzun müddət mətbuata atasının öldüyünü deyib. Hətta məşhurluğunun ilk günündə bir məzarın qırağında oturaraq "babam burda yatır" deyə poza verib.

2. Model Nefisə Karatay məşhur aparıcı Mehmet Ali Erbillə birlikdə veridiyi pozaları atası ilə arasının dəyməsinə səbəb olmuşdu.

3. Atası ilə küsülü olan dünya ulduzlarından biridə Ancelina Colidir. O, aktyor Con Voyqtın qızıdır. Aktrisa onun haqqında "psixoloji problemləri var" deyən atasından küsərək uzun müddət danışmayıb.

4. Müğənni Britney Spirs isə anası ilə yola getmir. bütün həyatı problemlərlə dolu olan ifaçının çılğın olmasının səbəbi bəlkədə anasıdır. O, qızını çətin anlarında onun yanında olmaması ilə gündəmə gəlib. Hətta nəvələrinin vəkaləti ilə bağlı məhkəmədə Britneyin deyil, keçmiş kürəkəninin tərəfində olub.

5. Hollivud ulduzlarından olan Demi Mur anası ilə heç vaxt yaxın münasibətlərinin olmadığını deyib. Anasının məşhur olmaq üçün çılpaq poza verməsi münasibəti daha da kəskinləşdirib. Bundan sonra anası ilə uzun müddət əlaqə saxlamayıb. O, anasını 54 yaşında ölüm ayağında olarkən bağışlayıb.

Rüstəm


Müəllif:

Oxşar xəbərlər