İstirahət mövsümü davam edir. Yay tətilini, əsasən, dəniz sahilində, çimərlikdə təşkil edən məşhurlar artıq nə kütlə arasında olmaqdan, nə də bu görkəmdə obyektivlərə tuş gəlməkdən çəkinir.
Ancaq kütlə arasında olduqlarını və hər an özlərini sosial şəbəkələrdə, ya da kütləvi informasiya vasitələrində görə biləcəkləri ehtimalını da nəzərə alırlar. Odur ki, hər şeyə diqqət etməyə çalışırlar. Axı, onların çimərlik geyimlərindən tutmuş, bədən quruluşuna, dəniz aksesuarlarından tutmuş istifadə etdikləri günəş kremlərinə qədər hər xırda detal müzakirə obyektinə çevrilir.
Məsələn, bu günlərdə Rusiya mətbuatı ən gözəl çimərlik geyimi olan məşhurların sıyahısını təqdim edib. Həmin siyahıda çimərlik geyimi bədən quruluşuna yaraşan xanımlara üstünlük verilib.
Publika.az Rusiya mətbuatına istinadən həmin fotoları təqdim edir.