29 May 2014 13:53
1 407
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyəli məşhur pop ifaçısı Hadisə mətbuata maraqlı açıqlamalar verib.

Müğənni qarşı cinsin nümayəndəsi ilə bağlı gözləntilərini dilə gətirib:

"Mənim pulumla yaşamağını istəmərəm. Belə bir şey olsa, ona qapını göstərərəm. Sevgilim mənə rəqs etmə, mini geyinmə deyə bilməz. Dəli olaram! Deyim ki, qarşı tərəfdən gözləntilərim çox böyükdür. Bunların heç biri madddiyyatla bağlı deyil. Anam həmişə "öz ayaqların üstdə dayan, sevdiyin adamla evlən" deyir mənə. Çox şükür özüm öz pulumu qazanıram və heç bir kişiyə "pul mənbəyi" gözüylə baxmaram. Yanımda olacaq kişi də çox işləməlidir, mənim pulumla yaşamağını istəmərəm. Həm də həmin adam sadə, komplekssiz olmalıdır. Bir az qısqanc ola bilər, ama səhnədə mənim işimə qarışa bilməz. Buna yol vermərəm, çünki səhnə mənim həyatımdır. Həyatımda məni narahat edəcək birinin olmağındansa, heç olmasa daha yaxşıdır".

28 yaşlı müğənni "İstəsəm, 45 yaşında da uşaq dünyaya gətirərəm. Ailə qurmaq hazırda mənə uzaq anlayışdır. Həyatımda heç kim yoxdur, amma olmağını istərəm" deyib./Axşam.az


Müəllif: