“Bu şəhərdə”nin prodüseri Müşfiq Abbasov “Millionçu” adlı konsert proqramından danışıb.
O, Teleqraf.com-a açıqlamasında deyib ki, Rəfael və Coşqunun bu dəfəki konsertində yeni səhnəciklər olacaq: “Oktyabrın 8-də Heydər Əliyev Sarayında növbəti konsertimiz baş tutacaq. Konsert proqramı “Bu şəhərdə”nin on beş illiyinə həsr edilib. Konsertin adı “Millionçu”dur, milyonu olan adam milyonçu, on manatı olan isə millionçu olur. Hələ ki, konserti beş gün planlaşdırırıq. Artıq konsertin bir gününün biletləri satılıb. Bu dəfəki konsertimizdə ATV-nin “Gündəlik” verilişinin parodiyası olacaq. Eləcə də toy səhnəciyi ilə yanaşı xarici elçilik səhnəsi də olacaq. Səhnəcikdə əcnəbi azərbaycanlı qohum olmaq istəyir”.
Rəqsanə Həsənova