Dünyanın məşhur “The Voice” musiqi layihəsi rəsmi olaraq Azərbaycana gətirilib.
AzTv-də yayımlanacaq “Səs Azərbaycan”ın seçim turları artıq başlayıb.
Yarışmada münsif kürsüsündə oturacaq məşhurların adları gizlin saxlanılsa da, aparıcının kimliyi bəlli olub. Belə ki, musiqi layihəsinə Leyla Əliyeva aparıcılıq edəcək. Onun çəkiliş məkanından fotoları yarışmanın sosial şəbəkədəki rəsmi səhifəsində paylaşılıb.
Qeyd edək ki, artıq 1500-dən çox iştirakçı www.thevoice.az səhifəsində qeydiyyatdan keçib. İstedadlı gəncləri tapmaq üçün “Səs Azərbaycan"ın yaradıcı heyəti avqustun 23-dən sonra bölgələrə səfər edəcək. /axsam.az/